Biz Kimik?
Biz hər zaman cəmiyyətdəki problemləri müşahidə edən, onların həlli üçün yollar axtaran bir qrup gəncik. Think&Talk platformasını yaratmaqda məqsədimiz, insanları daha rahat mühitdə fikirlərini bölüşməyə, ünsiyyət bacarıqlarını inkişaf etdirməyə və cəmiyyətə daha fəal töhfə verməyə təşviq etməkdir.
Öz sahələrimizdə bilik və təcrübə qazanan, inkişaf etməyə davam edən və eyni zamanda digərlərinə dəstək verməyə hazır olan insanlarıq. Think&Talk vasitəsilə açıq müzakirələr aparmaq, fikirlərimizi bölüşmək və birlikdə öyrənmək üçün bir məkan yaradırıq.
Biz inanırıq ki, hamımız bir-birimizdən yeni şeylər öyrənəcəyik. Hər kəsin paylaşmağa dəyərli fikirləri və öyrənəcək yeni bilikləri var. Bu platformada hər kəs bərabər səviyyədə fikir bildirə, müxtəlif baxış bucaqlarını öyrənə və öz potensialını inkişaf etdirə bilər.
Sən də bizə qoşul! Fikirlərini paylaş, inkişaf et və cəmiyyətə töhfə ver. Birlikdə öyrənək və böyüyək!
Komandamız

Ənvər Mustafayev
Layihə Rəhbəri

Aytac Mustafayeva
Market Researcher

Toğrul Əliyev
Partnyorluq və Sponsorluq Meneceri

Süleyman Səttarov
Texniki Moderator
Əgər ThinkTalk-a qatılmaqda və ya hər hansı texniki problem problem yaşayırsınızsa aşağıdaki forumda probleminizi mesaj qutusuna yazaraq bizə göndərin və ya Texniki Moderatorla əlaqə saxlayın.
Texniki Moderatorla əlaqə üçün: thinktalkus@gmail.com